Ekaterine Tikaradze –Gürcüstan hökuməti,beynəlxalq tərəfdaşlığın dəstəyi ilə,işğal altındakı ərazilərdə yaşayan öz vətəndaşlarına yardım göstərməyə hazırdır
Gürcüstanın İşğal altındakı ərazilərindən Məcburi Köçkünlərin,Əmək,Səhiyyə və Sosial Müdafiə naziri,Ekaterine Tikaradze ÜST-nın assambleyasında çıxışı zamanı işğal altındakı ərazilərdə mövcud vəziyyət barədə danışıb.
Nazir qeyd edib ki, ölkə işğal altındakı ərazilərdə yaşayan vətəndaşlara yardım etmək üçün səfərbər olunub.
″Ölkəmizin 20 faizi işğal altındadır.Təəssüflər olsun ki,məhz bu səbəbdən Gürcüstanın mərkəzi hökuməti işğal altındakı Abxaziya və Tsxinvali bölgələrindəki mövcud epidemioloji vəziyyət barədə tam məlumata sahib deyil.İşğalçı rejimlər tərəfindən yayılmış məlumat reallığı əks etdirmir.Gürcüstanın mərkəzi hökuməti ,BMT-nin Agentlikləri və digər beynəlxalq tərəfdaşlığın dəstəyilə , işğal altındakı ərazilərdə yaşayan öz vətəndaşlarına yardım göstərməyə hazırdır″.
Hazırladı-Sevinc Mustafayeva