Ekaterine Tikaradze - Düşünürük ki, vaksinasiya mərhələ şəklində fəallaşmağa davam edir və yaxında biz də qərb ölkələrindəki kimi, kütləvi yerlərdə vaksinasiya keçirə biləcəyik
Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze bəyan edir ki, bu mərhələdə, ölkədə 55 min nəfərdən çoxu peyvənd edilib. Vaksinanın ikinci dozası isə, artıq 9 min nəfərə vurulub.
Ekaterine Tikaradze qeyd etdi ki, Ümumdünya Səhiyyə təşkilatı ilə razılaşdırılan milli təqvimə görə, ölkədə kütləvi vaksinasiya müddəti bu yay başlamalı idi.
“Deyə bilərik ki, vətəndaşlarımızın əksəriyyəti üçün vaksinasiya əlyetərlidir. Yəni istəyənləri təmin etmək üçün kifayət qədər vaksinamız var. Düşünürük ki, vaksinasiya mərhələ şəklində fəallaşmağa davam edir və yaxında biz də qərb ölkələrindəki kimi, kütləvi yerlərdə vaksinasiya keçirə biləcəyik. Bunun üçün hazırlıqlar aparılır və təhlükəsiz vaksinasiya üçün böyük punktlar seçilir”, – dedi Ekaterine Tikaradze.