Ekaterine Tikaradze Achara bölgəsindəki epidemioloji vəziyyətə dair məlumat alır

 

Səhiyyə Nazirliyinin rəhbəri, mövcud problemləri qiymətləndirmək və epidemioloji vəziyyəti idarə etmək üçün konkret plan hazırlamaq məqsədi ilə Achara hökumətinin sədri Tornike Rijvadze ilə görüşüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, işgüzar görüşdə peyvəndləmə prosesinin genişləndirilməsinə diqqət yönəldilib. Müxtəlif qurumların rəhbər şəxsləri ilə birlikdə yoluxmuş pasiyentlərin kliniki idarəetmə protokolu və Koordinasiya Şurasının qərarının icrası prosesinin gedişatına dair məsələlər müzakirə olunub.

Genişləndirilmiş formatdakı iclasda nazirin birinci müavini Tamar Qabunia, Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Beka Peradze və Acharanın səhiyyə naziri Nino Nijaradze iştirak edib.