Ekaterine Dgebuadze - Təhsil prosesinin başlaması epid-vəziyyətdən asılıdır, ancaq Təhsil Nazirliyi məktəblərin açılışına hazırdır
Ekaterine Dgebuadze - Təhsil prosesinin başlaması epid-vəziyyətdən asılıdır, ancaq Təhsil Nazirliyi məktəblərin açılışına hazırdır

“Təhsil prosesinin başlaması epid-vəziyyətdən asılıdır, ancaq Təhsil Nazirliyi sentyabrın 15-də, məktəblərin açılışına hazırdır” – bu barədə bəyanatı Təhsil, Elm və Mədəniyyət,  nazirinin müavini Ekaterine Dgebuadze Birinci Kanalın “Maka Tsintsadze ilə bərabər aktual mövzular” proqramında verdi.

“Əgər vəziyyət ağırlaşsa, əlbəttəki biz Səhiyyə Nazirliyi tərəfindən verilən rekomendasiyaları nəzərə alacağıq” – dedi Ekaterine Dgebuadze.

Ekaterine Dgebuadzenin dediyinə görə, təhsil müəssisələrinin monitorinqi davam edir.

“Bugün üçün artıq minə qədər məktəb yoxlanılıb. Məktəblərin bir qismi tələbləri qane edə bilmədi, ancaq onlara da şəraitlərini yaxşıladırmaq üçün müəyyən müddət verildi”- dedi Ekaterine Dgebuadze.

Nazir müavininin dediyinə görə, tələbləri qane edə bilməyən məktəblər təhsil prosesinə ancaq hazır olduqları zaman başlayacaqlar.