Gürcüstanın Müdafiə Nazirliyi aktiv ehtiyat proqramını davam etdirir.
Ərazi ehtiyatına daha bir batalyon əlavə edilib ki, bu da bütünlüklə ehtiyatda olan hərbçilərin hazırlanmasına yönəldiləcək. Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 20-ci Ərazi Müdafiə Briqadasının 203-cü Batalyonu Şida Kartli bölgəsindən olan ehtiyatda olan hərbçilərdən ibarət olacaq. Ehtiyyat proqramı və şəraiti ilə tanış olmaq məqsədilə 203 saylı Ərazi Müdafiə Batalyonunun komandiri və digər nümayəndələr Qori şəhərində Dövlət Universitetinin müxtəlif fakültələrinin tələbələri ilə görüşüb, proqram haqqında təqdimat ediblər. Hərbi qulluqçular tələbələrə ehtiyatda xidmət müqaviləsi, qeydiyyat və qəbul prosedurları, proqram çərçivəsində yerinə yetiriləcək tapşırıqlar barədə ətraflı məlumat verib, onları maraqlandıran suallara ətraflı cavab veriblər.
Aktiv Ehtiyatlara qəbul könüllü və ödənişsizdir. Ehtiyata 18 yaşdan 51 yaşa qədər Gürcüstan vətəndaşlığı olan şəxslər, o cümlədən 18-22 yaş arası tələbələr qəbul ediləcək. Onların döyüş hazırlığı il ərzində 45 günə qədər olan dövrü əhatə edir ki, bu da 12 ay ərzində bərabər paylanır. 203-cü Ərazi Müdafiə Batalyonu ehtiyatda olan hərbçiləri hazırlayacaq səkkizinci batalyondur. Batalyonlar Qərbi və Şərqi Gürcüstanın paytaxtı və regionları üzrə ərazi prinsipi əsasında seçilir.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev