Ehtimal edilən teroristlərin yaşadığı mənzil 2010-cu ildən Pankisi dərəsinin Omalo kəndinin sakini Meri Xanqoşvilinin adı ilə qeydiyyatdan keçib
Ehtimal edilən teroristlərin yaşadığı mənzil 2010-cu ildən Pankisi dərəsinin Omalo kəndinin sakini Meri Xanqoşvilinin adı ilə qeydiyyatdan keçib

Qabriel Salosi küçəsində, ehtimal edilən teroristlərin yaşadığı mənzil, 2010-cu ildən Pankisi dərəsinin Omalo kəndinin sakini Meri Xanqoşvilinin adı ilə qeydiyyatdan keçib. Ona qədər isə, həmin mənzilin sahibi Pankisi dərəsinin sakini Tina Qaurqaşvili idi.

Əldə olan məlumata görə, Tina Qaurqaşvili illərdir Avstriyada yaşayır və gedənə qədər mənzili Meri Xanqoşvilinin adına yazdırıb.

Hazırda Tina Qaurqaşvilinin oğlu Aslan Jabraelov Duisi polis şöbəsində sorğulanmadadır.

Yayılan məlumata görə, hazırda Aslan Jabraelovun həyat yoldaşının qardaşı göz altına alınıb.