Ədliyyə Naziri Rati Breqadze, müavini Akaki Sağinaşvili və nazirliyin digər əməkdaşları bu gün “Sinofarm” vaksinası ilə peyvənd edildilər.
Ədliyyə nazirliyinin bəyanatına görə, vaksinasiya nazirliyin ictimai xidmət bölməsində işləyən və insanlarla tez-tez ünsiyyətdə olan əməkdaşlarını virusdan qoruya bilər.
Ədliyyə Nazirliyində bəyan edirlər ki, sistem bir ildən artıqdır ki, məhbuslar arasında koronavirusun yayılması ilə mübarizə aparır. Məhz bu mübarizənin nəticəsidir ki, son günlərdə PCR testi keçirildikdən sonra, Gürcüstan həbsxanalarında koronavirus halları qeydə alınmayıb.