Ədliyyə Evi istifadəçilərə daşınmaz əmlakın təmir sığortasının yenilənmiş paketini təklif edir
Ədliyyə Evi istifadəçilərə daşınmaz əmlakın təmir sığortasının yenilənmiş paketini təklif edir

Ədliyyə Evi istifadəçilər üçün xidmətlərin əlçatanlığını artırmaq məqsədilə özəl sektorla fəal əməkdaşlığı davam etdirir. Bu dəfə Ədliyyə Evi vətəndaşlara daşınmaz əmlakın təmir sığortasının yenilənmiş, müştərilərin maraq və ehtiyaclarına tam uyğunlaşdırılmış paketini təklif edir.

Ədliyyə Evinin məlumatına görə, təmir sığorta paketi unikaldır və vətəndaşlara rəqabətli qiymət təklif edir. İstifadəçilər bundan sonra xidmətdən yararlanmaq üçün sığorta şirkətlərinin ofislərinə müraciət etməli olmayacaqlar.

“Ədliyyə Evinin istifadəçiləri əmlak qeydiyyatı ilə yanaşı, daşınmaz əmlaklarının təmirini rahat mühitdə, bir məkanda, tez və rahat şəkildə sığortalamaq imkanı əldə edirlər.

Yetkinlik yaşına çatmış fiziki şəxs həm Gürcüstan, həm də xarici ölkə vətəndaşı sığorta polisi ala bilər.

İstifadəçilərin Ədliyyə Evinin 118 filialında və səyyar ədliyyə evlərində xidmət almaq imkanı var”- məlumatda deyilir.