EBRD Nenskra-HES-in tikilməsi ilə bağlı müsbət qərar verdi
EBRD Nenskra-HES-in tikilməsi ilə bağlı müsbət qərar verdi

“Nenskra-HES”-in maliyyələşdirilməsi ilə bağlı son qərarı Avropa Rekonstruksiya və İnkişaf Bankı (EBRD) dekabrın 13-də qərar verəcək.

Bu barədə bəyanatı təşkilatın Cənubi Qafqazdaki nümayəndəsi Bruno Balvanera verdi.

Söhbət 229 milyon dollarlıq maliyyələşdirilmədən gedir.

” Nenskra-HES Gürcüstan və bütün region üçün əhəmiyyətli bir layihədir. Son iki ildir ki, bu layihə üzərində çalışırıq. Bu layihənin müsbət tərəflərini və çətinliklərini müzakirə etdik və bütün suallara cavabımız var. Londondaki aksionerimizlə görüşdük və ona layihənin əhəmiyyətini və detallarını izah etdik. Aksionerlərin cavabı müsbət idi. Dekabrın 13-də isə, formal təsdiqlənmə həyata keçiriləcək, ancaq yenə də layihənin başlamasının dəqiq tarixlərini proqnozlaşdıra bilmərik”, – dedi Bruno Balvanera.

Nenskra-HES Svanetidə tikiləcək.