Dzyudoçular məşqlərə başlamaq icazəsini tələb edirlər
Dzyudoçular məşqlərə başlamaq icazəsini tələb edirlər

Gürcü dzyudoçuları önəmli beynəlxalq turnirlərə hazırlaşmaq üçün məşqlərə başlamaq icazəsini tələb edirlər.

Pandemiyadan irəli gələrək, dzyudoçulara sadəcə beş nəfərlə, o da, məsafə qorunaraq, məşq etməyə icazə verilir.

Dzyudoçuların dediyinə görə, belə məşq güləşin bu növündə qeyri-mümkündür.

Beynəlxalq Federasiyanın qərarı ilə, dzyudo turnirləri sentyabr ayından başlayacaq.

Rəqiblərindən geri qalmamaq üçün gürcü dzyudoçuları ümid edirlər ki, idman zalları burada da tez zamanda açılacaq.

Bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına Gürcüstanın Gənclər Dzyudo komandasının məşqçisi Laşa Quceciani verdi.

“Bir çox ölkənin dzydoçuları məşqlərini bərpa etdilər. Biz hərhansı bir yerdə, hərhansı şərtlərdə, karantinə gedib, orada məşq etməyə də hazırıq, yetər ki, bizə məşq etmək imkanı verilsin” – deyir Laşa Quceciani.