Dünya Ticarət Təşkilatının baş katibinin müavini - Gürcüstan İpək Yolu təşəbbüsündə lider rolundadır
Dünya Ticarət Təşkilatının baş katibinin müavini - Gürcüstan İpək Yolu təşəbbüsündə lider rolundadır

“Biz Gürcüstan tərəfindən dünyanın müxtəlif ölkələrinin liderlərini və maraqlı tərəfləri yığıb yüksək səviyyəli forum keçirərək, Gürcüstanda ticarət və investisiya sahəsində əməkdaşlığın müzakirəsini müsbət dəyərləndiririk”  – bu  barədə bəyanatı Dünya Ticarət Təşkilatının baş katibinin müavini verdi.

İ Şiojunun qeyd etdiyinə görə, Gürcüstan kiçik iqdisadiyyatı olan bir ölkədir, ancaq o, belə təşəbbüslərin təşkil edilməsində lider rolundadır.

“Gürcüstan İpək Yolunda yerləşən ölkələr üçün nümunəvi ola bilər”, –  dedi Dünya Ticarət Təşkilatının baş katibinin müavini İ Şiojun.

Onun dediyinə görə, yüksək səviyyəli beynəlxalq forumun təşkil edilməsi çox gözəl bir təşəbbüsdür və İpək Yolu təşəbbüsündə Gürcüstan lider ola bilər.

İpək Yolu Forumu Tbilisidə bugün açıldı və onda 60 ölkənin nümayəndə heyyəti iştirak edir.