Dünya Çempionatında iranlı futbolçular dövlət himni səsləndirilərkən susdular - azarkeşlər etiraz fonunda onlara dəstək verdi [Video] #1TVSPORT
Dünya DÇ-də İran – İngiltərə matçı öncəsi qeyri-adi məqama şahid oldu. İran millisinin futbolçuları öz ölkələrinin himnini oxumadılar.
Həmin vaxt İran millisinin azarkeşləri əllərində pankartlar tutaraq futbolçuları alqışlayıblar. Bu, İranda başlayan kütləvi etirazların davamı idi, futbolçuların susması və iranlı azarkeşlərin alqışları bunun əks-sədasına çevrildi.
İranlı futbolçular İngiltərə ilə dünya çempionatının ilk oyunundan əvvəl dövlət himnini oxumayıblar. Yayılmış məlumata görə, azarkeşlər son aylarda ölkəni bürümüş kütləvi etirazlara dəstək üçün pankartlar qaldırıblar.

22 yaşlı Mahsa Amininin sentyabr ayında ölümündən sonra İranda etirazlar və vətəndaş iğtişaşları başlayıb-Onu ictimai yerlərdə (küçələrdə, parklarda, ticarət mərkəzləri və s.) İran vətəndaşları və əcnəbilər tərəfindən şəriət qaydalarına riayət olunmasına nəzarət edən patrul polisinin xüsusi təyinatlı şöbəsi saxlayıb.
Mahsa İslam normalarına uyğun gəlməyən hicab geyindiyi üçün İran hökumət polisi tərəfindən saxlanılıb. Polis qızın həqiqətən də saxlanıldığını açıqlayıb, sonra İslam Respublikasının hüquq-mühafizə orqanlarının məlumatına görə, o, qəfil infarkt keçirib, iki gün komada qalıb və sonra dünyasını dəyişib.
Lakin, onun yaxınları Mahsa Amininin heç vaxt ürəyində problem olmadığını bildirirlər. Hadisənin şahidləri, o cümlədən Amini ilə birlikdə saxlanılan qadınlar onun ölənədək döyüldüyünü bildirirlər. İran hakimiyyəti patrulun onun ölümündə iştirakını inkar edib və müşahidə kameralarının görüntülərini yayıb.
Aminin ölüm şəraitinin üzə çıxması bütün ölkə boyu beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən genişmiqyaslı etirazlara səbəb oldu.
Bəzi iranlı oyunçular İranı bürüyən etiraz hərəkatını dəstəklədilər. “Bayer Leverkuzen”in hücumçusu Sərdar Azmun xüsusilə aktivlik edirdi.