Duisidə xüsusi əməliyyat zamanı yaralanan gənc reanimasiya bölməsində, sünii nəfəs aparatına birləşdirilib
Duisidə xüsusi əməliyyat zamanı yaralanan gənc reanimasiya bölməsində, sünii nəfəs aparatına birləşdirilib

Həkimlərin dediyinə görə, dünən Duisi kəndində, xüsusi əməliyyat zamanı yaralanan 19 yaşlı gəncin vəziyyəti ağırdır.

Pasient Telavinin referal xəstəxanasında sünii nəfəs alma aparatına birləşdirilib.

Maçalikaşviliyə dünən ağır əməliyyat keçirildi. Həkimlər onun sağlığı haqqında proqnoz verməkdə çətinlik çəkirlər.

“Pasient başından vurlub, vəziyyəti çox ağırdır. Bu mərhələdə hərhansı proqnoz vermək qeyri-mümkündür” – dedi həkim Xatuna Çoniaşvili.

Dövlət Təhlükəsizliyi Xidməti, Duisi kəndinin sakini Temirlan Maçalikaşviyi teroristlərə yardım etməklə ittiham edir.

Dünən Pankisi dərəsində keçirilən xüsusi əməliyyat nəticəsində beş nəfər həbs edildi.

Polisin dediyinə görə, Temirlan Maçalikaşvili, xüsusi əməliyyat zamanı polisə müqavimət göstərirkən vuruldu.

 

 

Şərh yaz