DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri Perevi kəndi yaxınlığında işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri Perevi kəndi yaxınlığında işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Saçxere Munisipalitetinin Perevi kəndi yaxınlığında işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar-bu barədə
Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.

“Dövlət Təhlükəsizlik Xidməti yuxarıda qeyd olunanlarla bağlı məlumat aldıqdan sonra Aİ-nin monitorinq missiyası çərçivəsində fəaliyyət göstərən qaynar xətti aktivləşdirib. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar. Qanunsuz saxlanılan şəxsin qısa zamanda azadlığa buraxılması üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvələrin üzərinə düşür” -deyə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.