DTX - Rusiya işğalçı qüvvələrinin nümayəndələri Mecvrisxevi kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DTX - Rusiya işğalçı qüvvələrinin nümayəndələri Mecvrisxevi kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 

Noyabrın 1-də Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar-bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilən məlumatda, qanunsuz saxlanma barədə məlumat daxil olan kimi qurumun Avropa İttifaqının Monitorinq Missiyası vasitəsilə fəaliyyət göstərən “qaynar xətt”i işə saldığı deyilir.

“Baş vermiş hadisə ilə bağlı məlumat dərhal beynəlxalq tərəfdaşlara və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə çatdırılıb. Gürcüstanın Mərkəzi Hökuməti qeyri-qanuni saxlanılan şəxslərin qısa müddətdə azad edilməsi üçün malik olduğu bütün mövcud mexanizmləri işə salıb.

Qeyri-qanuni saxlanılmaların zərərli praktikası fundamental sərbəst hərəkət hüququnu məhdudlaşdırır, bölgədə təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə pisləşdirir və regionda sabitliyi təhdid edir. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xəttinə yaxın ərazilərdə törədilən destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür” – deyə DTX-də bildiriblər.