DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi kəndi yaxınlığında yerli sakini qanunsuz olaraq saxlayıblar və hazırda o, azadlıqdadır
DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi kəndi yaxınlığında yerli sakini qanunsuz olaraq saxlayıblar və hazırda o, azadlıqdadır

 
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi kəndi yaxınlığında yerli sakini qanunsuz olaraq saxlayıblar, hazırda o azaddır və Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarətində olan ərazidədir-bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.

“Hadisə ilə bağlı Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” vasitəsilə kommunikasiya qurulmuşdu. Məlumat dərhal beynəlxalq tərəfdaşlarımıza çatdırılıb. Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv olaraq işləməyə davam edir” – DTX-dən açıqlanıb.