DTX-Paxulani və Saberios hissəsində işğalçı qüvvələr tərəfindən qanunsuz borderizasiya aparılır
İşğal altındakı Abxaziya istiqamətində,Paxulani və Saberios kəndi hissəsində ,işğal altındakı ərazidə işğalçı qüvvələr tərəfindən qanunsuz borderizasiya aparılır ,konkret olaraq desək,əvvəllər qanunsuz olaraq çəkilmiş tikanlı məftillər dəyişdirilir və qurğular quraşdırılır-bu barədə DTX-dən bildiriblər.
Onların verdiyi məlumata görə,sözü gedən faktla əlaqədar qaynar xətt aktivləşdirilib və Avropa Birliyinin Müşahidəçi Missiyası məlumatlandırılıb.
″Qanunsuz borderizasiya mövcud təhlükəsizlik mühitinə zərər gətirir və yerli sakinlərin gündəlik həyatını çətinləşdirir″-deyə DTX-dən bildiriblər.
Hazırladı-Sevinc Mustafayeva