DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri tərəfindən Kaspi Munisipalitetində qanunsuz olaraq saxlanılan Kaxaber Merebaşvili sərbəst buraxılıb
DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri tərəfindən Kaspi Munisipalitetində qanunsuz olaraq saxlanılan Kaxaber Merebaşvili sərbəst buraxılıb

 
Kaspi Munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Kaxaber Merebaşvili sərbəst buraxılıb. Məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayır.

İdarədən verilən məlumata görə, qanunsuz həbsdə saxlanılan Kaxaber Merebaşvilinin sərbəst buraxılması prosesində həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin sahib olduğu digər vasitələrdən fəal şəkildə istifadə edilib.

” Mərkəzi hakimiyyət qeyri-qanuni həbs edilmiş digər Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün aktiv səylərini davam etdirir. İşğal edilmiş bölgələrdə və işğal xətti boyunca həyata keçirilən destruktiv hərəkətlərə görə işğalçı rejim tam məsuliyyət daşıyır” – deyə DTX-nin bəyanatında qeyd olunub.