DTX Malxaz Maçalikaşvilinin qardaşı oğlu ilə terakt haqqında danışdığı audio-yazıyı yayır
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti audio-yazı yayır və bəyan edir ki, Malxaz Maçalikaşvili terakt hazırlayırdı.
DTX-nın məlumatına görə, audio-yazıda Malxaz Maçalikaşvili qardaşı oğlu Moris (Huseyin) Maçalikaşvili ilə çeçen dilində danışırdı.
Aparılan istintaq nəticəsində məlum oldu ki, Malxaz Maçalikaşvili terakt planlaşdırırdı.
Plana əsasən, teror aktı Dedoplistskaro rayonunun Zemo-Maçxaani kəndində törədilməli idi, harda Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin sabiq birinci müavini İoseb Qoqaşvili və qohumları atasının məzarına gedəndə qətlə yetirilməli idilər.
İstintaqın bu mərhələsində məlum oldu ki, Malxaz Maçalikaşvili qardaşı oğlu Moris Maçalikaşvilidən tələb edirdi ki, bütün digər işlərini buraxsın və İoseb Qoqaşvilinin yaşadığı yeri, hərəkət etdiyi matşrutu və həmçinin, atasının məzarına nə zaman gedəcəyini öyrənsin.
DTX-nın bəyanatına görə, işlə bağlı istintaq davam edir.