DTX- işğalçı rejim tərəfindən qanunsuz olaraq saxlanılan Kristine Takalandzenin azad edilməsi üçün bütün mövcud mexanizmlərdən istifadə edilməklə, aktiv iş aparılır
DTX- işğalçı rejim tərəfindən qanunsuz olaraq saxlanılan Kristine Takalandzenin azad edilməsi üçün bütün mövcud mexanizmlərdən istifadə edilməklə, aktiv iş aparılır

 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti işğal olunmuş Abxaziyanın işğalçı rejim nümayəndələri tərəfindən Gürcüstan vətəndaşı Kristine Takalandzenin qanunsuz saxlanılması ilə bağlı bəyanat yayır.

DTX-dən verilən məlumatda, Gürcüstan vətəndaşının qanunsuz həbsdən azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilməklə , aktiv iş aparıldığı deyilir.

“İşğal olunmuş Abxaziyanın işğalçı rejiminin nümayəndələri Gürcüstan vətəndaşı Kristine Takalandzeni qanunsuz olaraq saxlayıblar.

Qanunsuz saxlanılma faktı ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dərhal qaynar xətt aktivləşdirilərək, Aİ-nin Monitorinq Missiyasına və Cenevrə müzakirələrinin həmsədrlərinə məlumat verilib.

Gürcüstan vətəndaşının azad edilməsi üçün bütün mövcud mexanizmlərdən istifadə edilməklə, aktiv iş aparılır.

İşğalçı rejim tərəfindən həyata keçirilən qeyri-qanuni saxlanılmalar yerli əhalinin gündəlik həyatını çətinləşdirir və təhlükəsizlik mühitinə kəskin ziyan vurur” – deyə məlumatda bildirilir.