DTX- işğalçı qüvvələrin nümayəndələri Odzisi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DTX- işğalçı qüvvələrin nümayəndələri Odzisi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 
Cari ilin sentyabrın 15-də Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Duşeti Munisipalitetinin Odzisi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edildiyi kimi, hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i aktivləşdirib.

“Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri insidentlə bağlı dərhal məlumatlandırılıblar. Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür”- deyə DTX-nin bəyanatında deyilir.