DTX - işğalçı qüvvələrin nümayəndələri Adzvi kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər
DTX - işğalçı qüvvələrin nümayəndələri Adzvi kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Adzvi kəndi yaxınlığında işğal olunmuş ərazidə üç Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilənə əsasən, hadisə ilə bağlı məlumat daxil olan andan etibarən Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i aktivləşdirib.

“Daha bir qanunsuz həbs faktı ilə bağlı məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv fəaliyyətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.