DTX-dən verilən məlumatda Rusiya işğalçı rejiminin nümayəndələrinin Atotsi kəndinə bitişik işğal olunmuş ərazidə qanunsuz qurğu quraşdırdıqları deyilir
DTX-dən verilən məlumatda Rusiya işğalçı rejiminin nümayəndələrinin Atotsi kəndinə bitişik işğal olunmuş ərazidə qanunsuz qurğu quraşdırdıqları deyilir

 
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında Rusiya işğalçı rejiminin nümayəndələrinin Kareli Munisipalitetinin Atotsi kəndinə bitişik işğal olunmuş ərazidə qanunsuz qurğu quraşdırdıqları deyilir.

İdarədən bildirilir ki, qaynar xətt dərhal işə salınıb və bu barədə Aİ-nin monitorinq missiyasına məlumat verilib, Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri də məlumatlandırılıb.

“İşğal xətti boyunca həyata keçirilən qeyri-qanuni fəaliyyətlər, o cümlədən qanunsuz borderizasiya çərçivəsində ucaldılan qurğular yerli əhalinin gündəlik həyatını çətinləşdirir və regionda təhlükəsizlik mühitinə xələl gətirir. Buna görə tam məsuliyyət işğalçı qüvvənin üzərinə düşür. Qanunsuz borderizasiya çərçivəsində ucaldılan qurğular məsələsi İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin (IPRM) növbəti iclasında, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrinin növbəti raundunda ciddi şəkildə müzakirə olunacaq” – deyə DTX-nin məlumatında deyilir.