DTX yaxınlığında keçirilən aksiyada polislər bir neçə nəfəri ərazidən çıxarıblar
DTX binası yaxınlığında keçirilən aksiyada polislər bir neçə nəfəri ərazidən çıxarıblar.
Aksiya iştirakçılarının da qeyd etdiyi üzrə, onların hansı səbəbdən saxlandığı anlaşılmazdır.
“Milli Hərəkat”-ın üzvü Zaal Udumaşvilinin də qeyd etdiyi kimi, polislər qəfil gələrək, insanları həbs etməyə başlayıblar.
“Bu hakimiyyətin günəşi batmaqdadır, hər şey aydındır və indi sonuncu hücum cəhdlərini edirlər. İnsanlar sadəcə burada dururdular və heç nə etmirdilər. Qəfildən polis çıxdı və kütləvi həbslərə başladı. Daha çox insanı həbs etmək üçün əllərindən gələni etdilər, əvvəlcə nisbətən aktiv insanları hədəflədilər, daha sonra isə başqalarına keçdilər. Görünür, onlara ayrı-seçkilik etmədən həbs etmək barədə əmr verilib”, -deyə Zaal Udumaşvili bildirib.