DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Qali ərazisində Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Qali ərazisində Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilən məlumatda, Rusiya işğalçı qüvvələrinin nümayəndələrinin işğal altındakı Qali ərazisində Gürcüstan vətəndaşını qanunsuz olaraq saxladıqları deyilir.

DTX-də qeyd etdikləri üzrə, qeyri-qanuni saxlanılan şəxs işğal altındakı Qali ərazisindən Zuqdidiyə qayıdırmış və elə bu zaman qanunsuz olaraq saxlanılıb.

Həmçinin, Dövlət Təhlükəsizlik Xidmətindən bildiriblər ki, “Qaynar xətt”lə paylaşılan məlumatda qanunsuz saxlanılan şəxsin yanında narkotik maddə olan bağlama olduğu deyilir.

DTX-dən verilən məlumatda qanunsuz saxlanılma faktı ilə bağlı dərhal qaynar xəttin aktivləşdirildiyi bildirilir.

“Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlarımıza işğalçı qüvvələrin törətdiyi daha bir ciddi insident barədə məlumat verilib. Mərkəzi hakimiyyətin malik olduğu bütün mexanizmlərdən istifadə edilməklə, işğal olunmuş ərazilərdə qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşlarının hamısının azad edilməsi üçün aktiv işlər aparılır. İşğalçı qüvvə Gürcüstan vətəndaşlarının qanunsuz saxlanılması faktına görə tam məsuliyyət daşıyır” -deyə Gürcüstan Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.