DTX - operativ məlumata əsasən, 6 noyabr aksiyasının təşkilatçıları dövlət qurumlarının qarşısını kəsməyi, 12 saylı müəssisənin yaxınlığındakı yolları bağlamağı, eləcə də müxalifət liderlərindən birinin likvidasiya imkanlarını da planlaşdırırlar
DTX - operativ məlumata əsasən, 6 noyabr aksiyasının təşkilatçıları dövlət qurumlarının qarşısını kəsməyi, 12 saylı müəssisənin yaxınlığındakı yolları bağlamağı, eləcə də müxalifət liderlərindən birinin likvidasiya imkanlarını da planlaşdırırlar

 

Operativ məlumata əsasən, aksiyasının təşkilatçıları dövlət qurumlarının qarşısını kəsməyi , 12 saylı müəssisənin yaxınlığındakı yolları bağlamağı, eləcə də güc strukturunun ayrı-ayrı əməkdaşlarını çağırmağı və müxalifət liderlərindən birinin likvidasiya imkanlarını da planlaşdırırlar-bu barədə Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə qurumun nümayəndəsi Baça Mqeladze bildirib.

“Noyabrın 6-dan etibarən müəyyən siyasi qruplar Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsi yaxınlığında daimi aksiyalar təşkil etmək niyyətindədirlər və bu plana partiyanın tərəfdarlarının rayonlardan gətirilməsi də daxildir.

Bundan əlavə, Tbilisidə etiraz aksiyası keçirilməsi planlaşdırılır.

Operativ məlumata əsasən, aksiyanın təşkilatçıları dövlət qurumlarının, konkret olaraq Parlament , Hökumət Aparatı , Prezident Administrasiyası , Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyinin binalarının qarşısını kəsməyi və cəzaçəkmə müəssisəsinə gedən yolları bağlamağı planlaşdırırlar. Bu qurumların gündəlik iş rejimini pozmaq üçün bunu etməyi planlaşdırırlar.

Vəziyyətin maksimum dərəcədə gərginləşməsini və müxtəlif təxribat xarakterli hərəkətlərin təşkilini təmin etmək məqsədilə aksiyaya güc strukturlarının keçmiş əməkdaşlarının cəlb edilməsi nəzərdə tutulur. Aksiyanın təşkilatçıları həmçinin güc strukturunun ayrı-ayrı əməkdaşlarını çağırmağı və müxalifət liderlərindən birinin likvidasiya imkanlarını da planlaşdırırlar.
Hökuməti zorakılıq yolu ilə devirmək məqsədi daşıyan bu hərəkətlər məhkum Mixeil Saakaşvili tərəfindən planlaşdırılır və o, cəzaçəkmə müəssisəsinə gedərək onu ziyarət edən insanlar vasitəsilə müxtəlif müxalifət partiyalarının liderlərinə göstərişlər verir.

Dövlət Təhlükəsizlik Xidməti qanun əsasında və qanuna uyğun olaraq cinayətin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görəcək. Cinayətkarlar isə qanuna uyğun olaraq ən sərt şəkildə cavab verəcəklər” – deyə Baça Mqeladze bildirib.