DTX-nin məlumatına görə, Beri Qabriel küçəsində bir nəfər yaxalanıb, xüsusi əməliyyat davam edir
DTX-nin məlumatına görə, Beri Qabriel küçəsində bir nəfər yaxalanıb, xüsusi əməliyyat davam edir

Beri Qabriel küçəsində xüsusi əməliyyat nəticəsində bir nəfər yaxalandı, başqalarının yaxalanması üçün xüsusi əməliyyat davam edir.

Bu haqqda DTX-nin mətbuat xidmətinin rəhbəri Nino Giorqobiani bəyan etdi.

Onun dediyinə görə, qeyd olunan şəxslər Gürcüstan vətəndaşları deyillər və terror təşkilatının üzvləridirlər.

“Bir neçə saat ərzində, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-terror Departamenti əməliyyatın başlanğıc mərhələsində, hüquqmühafizəçilərə təslim olmaları barədə danışıqlar aparırdı, lakin onlar buna rədd cavabı verdilər.

Cinayətkar qrupun üzvləri odlu silahdan atəş açdılar və əlqumbaraları atdılar. Atəş nəticəsində, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Əməliyyat Departamentinin bir əməkdaşı yaralandı.

Hazırda qeyd olunuan şəxslərin kimliyinin tam müəyyənləşdirilməsi həyata keçirilir. Onların güman edilən əlaqələrinin müəyyənləşdirilməsi məqsədi ilə, Gürcüstanda, eləcədə onun kənərında istintaq əməliyatları davam edir”,- Giorqobiani bəyan etdi.