DTX-Xurvaleti ətrafındakı işğal olunmuş ərazilərdə Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz borderizasiya prosesini yeniləyiblər
DTX-Xurvaleti ətrafındakı işğal olunmuş ərazilərdə Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz borderizasiya prosesini yeniləyiblər

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori Munisipalitetinin Xurvaleti kəndi yaxınlığındakı işğal olunmuş ərazilərdə 2022-ci ildən başlayan qeyri-qanuni, qondarma borderizasiya prosesini bərpa ediblər. Onlar qanunsuz olaraq metal dirəklər və naqillər quraşdırıblar. Məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayır.

Onların məlumatlarına əsasən, hadisə ilə bağlı dərhal qaynar xətt fəaliyyətə başlayıb və məlumat Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasına və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə çatdırılıb.

“İşğalçı qüvvələrin qanunsuz fəaliyyəti ilə bağlı hər bir hadisə, o cümlədən qeyri-qanuni, qondarma borderizasiya Gürcüstanın mərkəzi hökumətinin və beynəlxalq tərəfdaşlarımızın kəskin reaksiyasının mövzusudur.

Bu məsələ Erqnetinin insidentlərinin qarşısının alınması və onlara reaksiya mexanizminin iclası çərçivəsində, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrində kəskin şəkildə qaldırılacaq. İşğal xətti boyunca həyata keçirilən hər bir destruktiv hərəkətə görə tam məsuliyyət işğalçı qüvvənin üzərinə düşür”- deyə DTX-nin məlumatında bildirilir.