DTX - xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun bir üzvü yaxalandı, üçü qətlə yetirildi
Beri Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun bir üzvü yaxalandı, üçü isə qətlə yetirildi, – Bu barədə bu gün keçirilən mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Nino Giorqobiani bəyan etdi.
DTX-də bəyan edirlər ki, cinayətkar qrupunun üzvləri Gürcüstan vətəndaşı deyildilər.
Nino Giorqobianinin verdiyi məlumata görə, xüsusi əməliyyat təxminən saat 18:00-da başa çatdı.
“Mövcud olan məlumata görə, cinayətkar qrupunun üzvləri Gürcüstan vətəndaşı deyildilər. Qeyd olunan şəxlərə qarşı müşahidə, son bir neçə həftə ərzində həyata keçirilirdi. Beynəlxalq, əks-terror əməkdaşlıq çərçivəsində, qeyd olunan qrupun üzvlərinin tam müəyyənləşdirilməsi məqsədi ilə, cinayətkar əlaqələrin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin adından, vətəndaşlarımızı öz həyatları riskləri ilə müdafiə etdiklərinə görə, hər bir xüsusi dəstə üzvünə, polis işçisinə minnətdarlığımızı bildirmək istəyirik”,- Giorqobiani qeyd etdi.
Jurnalistlərin qətlə yetirilən şəxslərin, hansı ölkənin vətəndaşları olduqları sualına cavab olaraq Nino Giorqobiani bəyan etdi ki, əlavə suallar barədə məlumatı ən yaxın günlərdə yayacaqlar.