DTX - Kareli Munisipalitetinin Chvrinisi kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlamağa cəhd ediblər
DTX - Kareli Munisipalitetinin Chvrinisi kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlamağa cəhd ediblər

Rusiya işğalçı qüvvələri  Kareli Munisipalitetinin Chvrinisi kəndi yaxınlığında hücumçulara müqavimət göstərən iki Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs etməyə cəhd ediblər – bu haqda məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti yayıb.

“Polis əməkdaşlarının tez bir zamanda gəlməsindən sonra Rusiya işğalçı qüvvələrinin nümayəndələri sürətlə ərazini tərk ediblər.

Hazırda vətəndaşlar mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər və onlar üçün təhlükə yoxdur.

Vətəndaşlar ifadələrinin alınması üçün Şida Kartli polis şöbəsindədirlər.

Sözügedən ciddi hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizlik Xidməti Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttini aktivləşdirdi. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırıldılar.

Mərkəzi hakimiyyət bu məsələni, cari ilin aprelin 27-də Erqnetidə keçirilməsi planlaşdırılan İnsidentlərin Prevensiyası və Onlara Reaksiya Mexanizminin (IPRM) növbəti iclasında ciddi şəkildə qaldıracaq.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı rejimin üzərinə düşür. Bu cür qeyri-qanuni hərəkətlər regionun həssas təhlükəsizlik mühitinə kəskin dərəcədə ziyan vurur”- DTX-nin məlumatında qeyd olunur.