DTX- işğalçı rejimin nümayəndələri Türkmənistan və Türkiyə vətəndaşlarını qanunsuz həbsdən azad ediblər
DTX- işğalçı rejimin nümayəndələri Türkmənistan və Türkiyə vətəndaşlarını qanunsuz həbsdən azad ediblər

 

İşğalçı rejimin nümayəndələri Türkmənistan vətəndaşı Ch.R.-ni və Türkiyə vətəndaşı D.T.-ni qanunsuz həbsdən azad ediblər. Onlar hazırda mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər-bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.

DTX onların işğal altındakı Tsinqara kəndi yaxınlığında qanunsuz saxlanıldığına dair məlumat yayır.

“Adları çəkilən şəxslərin qanunsuz saxlanılması ilə bağlı məlumat işğalçı qüvvələr tərəfindən Avropa İttifaqının Monitorinq Missiyasının iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” vasitəsilə paylaşılıb.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə həm işğal olunmuş Sxinvali bölgəsində, həm də işğal olunmuş Abxaziyada qanunsuz həbsdə olan bütün şəxslərin azad edilməsi üçün aktiv işləməyə davam edəcək”- deyə DTX-də açıqlayırlar.