DTX- İşğal qüvvələrinin təhlükəli və destruktiv hərəkətləri təhlükəsizlik mühitinə ciddi zərər verir və yerli əhali üçün əlavə problemlər yaradır
İşğal qüvvələrinin təhlükəli və destruktiv hərəkətləri təhlükəsizlik mühitinə ciddi zərər verir və yerli əhali üçün əlavə problemlər yaradır, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına Dövlət Təhlükəsizliyi Xidməti verib.
İdarənin məlumatına görə, işğal qüvvələri qeyri-qanuni işlərini mərkəzi iqtidar tərəfindən nəzarət edilən lokasiyalarda da həyata keçirirlər.
Vəziyyətlə bağlı qaynar xətt işləyir.
“Prosesə Avropa İttifaqının müşahidəçi missiyası və beynəlxalq Cenevrə diskussiyalarının həmsədrləri də qoşulublar. Həmçinin, bütün beynəlxlaq partnyorlara xəbər verilib” – deyilir DTX-nın bəyanatında.