Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Tamar Kordzaianın müşahidəçilərin saxta sənədlər əsasında səsvermə faktını aşkarlamasına dair ittihamını yalan adlandırır

 

Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi “Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət “Güc Birlikdədir” blokunun üzvü Tamar Kordzaianın müşahidəçilərin saxta sənədlər əsasında səsvermə faktını aşkarlamasına dair mətbuatda yayılmış ittihamına münasibət bildirir və bunu yalan adlandırır.
Bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin açıqlamasında deyilir.

“Agentlik izahat gətirir ki, onların adını çəkdiyi vətəndaş Eduard Mstoiani seçicilərin vahid məlumat bazasına cəmi bir məlumatla daxil edilib. Eduard Mstoiani oktyabrın 22-də Anna Cikurla nikahını rəsmiləşdirdikdən sonra həyat yoldaşının soyadını Cikur-ini alıb.

Seçici siyahısının MSK-ya təqdim edilməsindən sonra yəni Ssntyabrın 14-də soyad dəyişdirilib.

Seçici siyahısında köhnə adı və soyadı ilə qeydə alınıb.

Burdaca izah edirik ki, yeni şəxsiyyət vəsiqəsi alındıqdan sonra cari ilin oktyabrın 22-də köhnə şəxsiyyət vəsiqəsi ləğv edilib.

Dövlət Xidmətlərinin İnkişafı Agentliyi hər kəsi yoxlanılmamış məlumatları yaymaqdan çəkinməyə çağırır”, – deyə qurumun açıqlamasında bildirilir.

“Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət “Güc Birlikdədir” blokunun üzvü Tamar Kordzaia bu gün brifinq keçirərək bildirib ki, “hakimiyyət saxtalaşdırılmış şəxsiyyət vəsiqələri ilə seçkiləri saxtalaşdırır”.

“Bizdə bir nəfərin iki şəxsiyyət vəsiqəsi var. Ad və doğum tarixi, şəxsi nömrəsi uyğunluğu, hər ikisi etibarlıdır və 2031-ci ilə qədər etibarlılıq müddəti var. Soyad və şəxsiyyət vəsiqəsinin seriyası uyğun gəlmir. Bundan irəli gələrək, hesab edirik ki, bu gün bu dəlillə, Gürcüstan hökumətinin saxta şəxsiyyət vəsiqələri ilə seçkiləri saxtalaşdırması ilə bağlı illərdir dediklərimiz sübut olunur. Bu gün biz istintaq orqanları qarşısında, Ədliyyə Nazirliyindən başlayaraq Mərkəzi Seçki Komissiyasına qədər prosesdə iştirak edən bütün qurumlar da daxil olmaqla sistematik cinayətin tədqiq edilməyə başlaması tələbini qaldırırıq”, – deyə Tamar Kordzaia bildirib.