Dövlət uşaq bağçalarında bu gündən etibarən "Covid-19"-a yoluxma hallarında cavab tədbirlərinin yeni tənzimləmələri  rəhbər tutulacaq

Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məktəbəqədər təhsil müəssisələri üçün koronavirusla bağlı yenilənmiş tənzimləmələr hazırlayıb.

“Covid-19” infeksiyasına yoluxma halında cavab tədbirləri mexanizmini dəyişən sözü gedən tənzimləməni Tbilisinin dövlət uşaq bağçaları bu gündən etibarən rəhbər tutacaqlar.

Yenilənmiş tənzimləmələrə əsasən, kontaktların təsnifatı, məruz qalma/yoluxma səviyyəsindən irəli gələrək (yüksək və aşağı riskli kontaktlar), onların özünü təcrid etməsi/karantin, eləcə də müəssisənin fəaliyyətinin məhdudlaşdırılması və işçilərin testdən keçirilməsi mexanizmi və başqa qaydalar dəyişir.

Konkret olaraq, yüksək riskli kontakt olaraq (yaxın məruz qalma) aşağıdakı şəxslər nəzərdə tutulur: koronavirusa yoluxması təsdiqlənmiş şəxslə bir metrdən az məsafədə maskasız, 15 dəqiqədən çox təmasda olan; Koronavirusa yoluxması təsdiqlənmiş şəxslə fiziki təmasda olan; Koronavirusa yoluxması təsdiqlənmiş şəxsin ifraz etdiyi sekresiya ilə (məsələn, öskürək) qorunmadan birbaşa təmasda olan ; Qapalı məkanda (məsələn, qonaq otağı, sinif otağı, yemək / iclas otağı və s.) koronavirusa yoluxması təsdiqlənmiş şəxslə maskasız şəkildə 15 dəqiqədən çox bir yerdə olan.

Aşağı riskli kontakt olaraq aşağıdakı şəxslər hesab olunur: koronavirusa yoluxması təsdiqlənmiş şəxslə iki metrdən az ,lakin bir metrdən çox məsafədə 15 dəqiqədən az müddətdə birbaşa təmasda olan; Covid-19-a yoluxmuş şəxslə qapalı yerdə, müvafiq şəkildə taxılmış maska ilə 15 dəqiqədən az müddətdə olan.

Sənədə əsasən, yüksək riskli kontaktlar ( təmasda olan şəxs) özünütəcrid (və ya karantin) rejiminə tabe tutulur; Yüksək riskli tam peyvənd olunmuş kontaktların infeksiyaya yoluxmuş şəxslə təmasda olduqdan sonra 3-cü və 5-ci gündə “Covid 19”-un sürətli antigen testindən keçməsi, xəstəliyin simptomları və maskanın müvafiq istifadəsinin monitorinqinin təmin olunması halında özünütəcrid və ya karantin rejiminə tabe tutulmurlar.

Aşağı riskli kontaktlara yoluxmuş şəxslə təmasda olmasının son günündən etibarən növbəti 12 gün ərzində təlim prosesini davam etdirmək tövsiyyə olunur (tibbi heyyətə ehtiyac olmadan).

Bununla belə, rekomendasiyalara əsasən, yoluxmuş şəxslərlə təmasda olan işçilərdə təcrid/karantin dövründə “Covid-19”-a yoluxma əlaməti müşahidə olunmazsa, onların test edilməsi lazım deyil.

Sənəddə həmçinin sanitariya, təmizlik və dezinfeksiya ilə bağlı tövsiyyələr əhatə olunub.