Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Sinaquri kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Sinaquri kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Sinaquri kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

DTX-nın məlumatına görə, sözügedən hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

“Daha bir qanunsuz saxlanılma faktı ilə bağlı məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qeyri-qanuni şəkildə saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür”- DTX-nin məlumatında qeyd olunur.