Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-Korrupsiya Agentliyi rüşvət alma faktında iki nəfəri həbs etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-Korrupsiya Agentliyi rüşvət alma faktında iki nəfəri həbs etdi.
Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti Yayır.
İdarənin məlumatına görə, həbs edilənlər Gürcüstanın Silahlı Qüvvələr Qərargahının hərbi polis departamentinin, monitorinq idarəsinin rəhbəri Giorgi Q. və “Gürcüstanın müharibə və hərbi qüvvələr veteranlar ittifaqının” rəhbəri Mixeil.Q.-dır.
İstintaq nəticəsində məlum oldu ki, qeyd olunan şəxslər Telavidə, hərbi şəhər ərazisindəki yaşayış evlərini kirayə verirdilər və daha sonra evin birini bir şəxsə satmağı düşünürdülər. Əvəzinə isə, 4000 lari rüşvət tələb edirdilər.
Qeyd olunan cinayət 6-dan 9 ilə qədər həbs cəzasını tələb edir.