Dövlət Qayğı və Məşğulluğun Təşviqi Agentlikləri arasında anlaşma memorandumu imzalandı

 

Dövlət Qayğı və Trefikinq Qurbanlarının, Zərərçəkmişlərin Müdafiəsi və Yardım Agentliyi ilə Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyi arasında anlaşma memorandumu imzalandı.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, əməkdaşlığın məqsədi tək anaların, zorakılıq qurbanlarının, eləcə də dövlət himayəsində olan və dövlət himayəsindən çıxan şəxslərin peşə kvalifikasiyasının yüksəldilməsinə və bu yolla onların əmək bazarında işlə təmin olunmalarını təşviq etməyə xidmət edir.

Onların sözlərinə görə, memorandum çərçivəsində, munisipal səviyyədə “Qayğı Agentliyi” -dən faydalananlar üçün peşə konsultasiyası və karyera planlaşdırma xidmətlərinin göstərilməsi , benefisiarların əsas bacarıqlarının inkişaf etdirilməsi , peşə hazırlığı, kvalifikasiyasının yüksəldilməsi, məşğulluğun təşviqi nəzərdə tutulub ki, bu yolla onların işlə təmin edilməsi təşviq ediləcək və bu da öz növbəsində onların sosyallaşması və cəmiyyətdə reabilitasiyasına kömək edəcək.

Anlaşma memorandumu Dövlət Qayğı və Trefikinq Qurbanlarının, Zərərçəkmişlərin Müdafiəsi və Yardım Agentliyinin direktoru Meri Mağlaperidze və Məşğulluğun Təşviqi Agentliyinin direktoru Nino Veltauri tərəfindən imzalanıb.