Dövlət Opera və Balet Teatrında skripkaçı Liana İsakadzenin mülki dəfn mərasimi keçirilir
Dövlət Opera və Balet Teatrında skripkaçı Liana İsakadzenin mülki dəfn mərasimi keçirilir

Zakariya Paliaşvili adına Dövlət Opera və Balet Teatrında skripka ifaçısı Liana İsakadzenin mülki dəfn mərasimi keçirilir.

Dəfn mərasimində Gürcüstanın baş naziri İrakli Kobaxidze, mədəniyyət və idman naziri Tea Tsulukiani və Tbilisi meri Kaxa Kaladze iştirak edərək İsakadzenin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Skripka ifaçısı Liana İsakadze bu gün Mahata dağındakı İctimai Xadimlər Panteonunda dəfn olunacaq.

Musiqiçi, skripkaçı Liana İsakadze 78 yaşında vəfat edib.