Dövlət Naziri Aparatı - Boçorişvili klinikasına yerləşdirilən 62 yaşlı pasiyent işğal edilən ərazidən gəlməyib
Dövlət Naziri Aparatı - Boçorişvili klinikasına yerləşdirilən 62 yaşlı pasiyent işğal edilən ərazidən gəlməyib

Barış və vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət Naziri Aparatı bəyan edir ki, Boçorişvili klinikasına yerləşdirilən 62 yaşlı pasiyent işğal edilən ərazidən gəlməyib.

Söhbət, mayın 12-də, mərkəzi iqtidar tərəfindən nəzarət edilən Zemo-Larsi keçid məntəqəsindən Msxeta tibb mərkəzinə gətirilən 62 yaşlı pasiyentdən gedir.

Daha öncə məlumat yayıldı ki, güya pasiyent Sxinvalidən gəlib.

“Yoxlanış nəticəsində, pasiyentdə koronavirus aşkarlandı. Qeyd olunan pasiyent işğal edilən ərazidən gəlməyib” – deyilir aparatın bəyanatında.