Dövlət Müfəttişliyi Xidməti Saakaşvili ilə əlaqədar foto və video materialların əldə edilməsi və ictimailəşdirilməsinin qanuniliyinin öyrənilməsinə başlayıb
Dövlət Müfəttişliyi Xidməti bu gün, noyabrın 6-da Xüsusi Penitensiar Xidmət tərəfindən sabiq prezident Mixeil Saakaşvili ilə bağlı foto və video materialların ictimailəşdirilməsinə dair bəyanat yayır.
Bəyanatda bildirilir ki, Dövlət Müfəttişliyi Xidməti Saakaşvili ilə əlaqədar foto və video materialların əldə edilməsi və ictimailəşdirilməsinin qanuniliyinin öyrənilməsinə başlayıb.
“Video materialda tibb işçilərinin əhatəsində olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili əks olunub. Qurumun açıqlamasına görə, video kadrlarda Mixeil Saakaşvili tərəfindən müxtəlif vaxtlarda yemək və təbii şirələrin qəbul edilməsi, fotolarda isə Mixeil Saakaşvilinin qəbul etdiyi qidalar əks olunub.
Dövlət Müfəttişliyi Xidməti yuxarıda bəhsi keçən foto və video kadrların əldə edilməsinin və ictimailəşdirilməsinin qanuniliyini araşdırmağa başlayıb.
Dövlət Müfəttişliyi Xidməti yoxlamanın başladılmasına paralel olaraq qeyd edir ki, aclıq aksiyası keçirən azadlıqdan məhrum edilmiş şəxsin şəxsi həyatının toxunulmazlığının qorunması mühümdür. Azadlıqdan məhrum edilmiş şəxs içində olduğu və tibbi yardım aldığı müəssisəyə və tibb işçilərinə etibar etməlidir.
Əks halda o, ola bilsin tibbi yardım almaqdan, tibb işçilərinə mühüm məlumatlar verməkdən imtina etsin ki, bununla da onun həyatı və sağlamlığı üçün təhlükə yaranır” -deyə Dövlət Müfəttişliyi Xidmətinin bəyanatında bildirilir.