Dövlət Departamentinin nümayəndəsi -"Xarici agentlər" haqqında qanunla bağlı ABŞ-nin duyduğu dərin narahatlıq hissi qalır
Dövlət Departamentinin nümayəndəsi -"Xarici agentlər" haqqında qanunla bağlı ABŞ-nin duyduğu dərin narahatlıq hissi qalır

 
ABŞ-nin “Xarici agentlər” haqqında qanunun vətəndaşların həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər vuracağından və Gürcüstanı Avropa yolundan döndərəcəyindən duyduğu dərin narahatlıq hissi qalır-bu haqda Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosunun nümayəndəsi Robert Qilkrist açıqlayıb.

O, sözügedən qanun layihəsinin müstəqil media təşkilatlarına da mane olacağını bildirib.

“Gürcüstanda “Xarici agentlər” haqqında qanuna gəlincə, ABŞ-nin bu qanunun qüvvəyə minəcəyi təqdirdə vətəndaş cəmiyyətinə, Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər vuracağından və Gürcüstanı Avropa yolundan döndərəcəyindən duyduğu dərin narahatlıq hissi qalır. Biz bu qanun layihəsinin Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli məlumata çatımlılığını təmin etmək üçün çalışan müstəqil media təşkilatlarına mane olacağından eyni şəkildə narahatıq” – Robert Qilkrist açıqlayıb.