Davit Bakradze - Dörd partiya birləşdik və üç əsas prinsip üzərində razılaşdıq, dinc aksiyalar və xarici partnyorlarda yenidən seçkilərin keçirilməsi ilə bağlı dialoq davam edəcək

“Avropa Gürcüstanının” lideri Davit Bakradzenin bəyanatına görə, bugün dörd müxalifət partiyası arasında siyasi məsləhətləşmələr keçirildi.

Onun dediyinə görə, partiyalar yenə bir dəfə razılaşdılar ki, dinc aksiyalar və siyasi mübarizə davam edəcək.

“İctimaiyyətə bildirmək istəyirik ki, bugün dörd siyasi partiya arasında siyasi məsləhətləşmələr baş tutdu, – bunlar “Avropa Gürcüstanı”, “Girçi”, “Lelo” və “Ağmaşenebeli strategiyasıdır”.

Məsləhətləşmələr zamanı üç əsas prinsip üzərində razılaşdıq.

Birincisi, aksiyalar sadəcə dinc şəkildə davam edəcək. MSK-nın yanındaki aksiyanın iqtidar tərəfindən zorakılıqla dağıdılması cəhdindən sonra, gördük ki, iqtidar hərhansı zorakılığa hazırdır. Buna cavabımız sərt olacaq, dinc aksiyalar davam edəcək.

Ona görə də, Daxili İşlər Nazirliyinə müraciət edirəm, polislə vətəndaşların yaxın kontaktına mane olsun. Demonstrantlara müraciət edirəm ki, polislə qarşıdurmaya keçməsinlər.

Etiraz aksiyalarımız davam edəcək, ancaq hərhansı zorakılq olmadan, dinc şəkildə.

İkinci prinsip, – xarici partnyorlarımızla dialoqa başlamağa hazır olduğumuzdur. Ancaq dialoq sadəcə yenidən seçkilərin keçirilməsi mövzusu ilə bağlı ola bilər. Dialoqumuzun mövzusu ədalətli seçkilər və siyasi məhbusların azad edilməsidir.

Üçüncü prinsip isə, odur ki, biz qeyri-legitim parlamenti legitimləşdirə bilmərik və müvafiq olaraq da, parlamentə daxil olmaqadan imtina etdiyimizi bildirmək istəyirik.

Bu üç əsas prinsipu dörd partiyanın nümayəndələri təsdiqləyirik. Müvafiq sənədi daha geniş formatda partiyalara təqdim edəcəyik və ümid edirik ki, digər partiyalar bu əsas prinsiplərlə razılaşacaqlar” – dedi Davit Bakradze.

Ona qədər isə, “Avropa Gürcüstanı”, “Ağmaşenebeli strategiyası”, “Girçi” və “Lelo” partiyaları birgə bəyanat yaydılar.

Bəyanatda deyilir ki, qeyd olunan partiyalar son seçkilərin nəticələrini qəbul etmirlər və parlamentə daxil olmaqdan imtina edirlər.