"Doppelmayr"-ın Cənubi Qafqaz direktoru - İnspeksiya nəticəsində məlum oldu kanat yolu problemsiz işləyirdi
“Yenə bir dəfə qeyd etmək istəyirəm ki, inspeksiya zamanı məlum oldu ki, Qudauridəki “Sadzele” kanat yolunun bütün sistemləri problemsiz şəkildə çalışır”, – bu bəyanatı söz edilən kanat yolunu tikən Doppelmayr şirkətinin Cənubi Qafqaz direktoru Nikoloz Qrdzelidze verdi.
“Doppelmayr şirkətinin dünya miqyasında, 90 ölkədə 14 800 instansiyası var. Gürcüstanın nəqliyyat və urban sektorunda isə, 1988-ci ildən işləyirik və ümid edirik ki, Gürcüstan iqtidarı ilə bərabər bizə imkan veriləcək ki, Gürcüstanın turist potensialına daha artıq qatqı verək və ölkə miqyasında müvəffəqiyyətlə çalışmağa davam edək.
Doppelmayr şirkətinin adı ilə, Gürcüstanın İqtisadiyyat Nazirinə və “Büro Veritasa” zamanında keçirilən obyektiv ekspertizaya görə, təşəkkür etmək istəyirəm” – dedi Nikoloz Qrdzelidze.
Gürcüstanın İqtisadiyyat Naziri Dimitri Kumsişvilinin bəyanatına görə, martın 16-da Qudauridə kanat yolunda baş verən qəzaya, əsasən, elektrik enerji gücünün düşməsinə doğru reaksiya verə bilməyən operator səbəb oldu.
Dimitri Kumsişvili bugün keçirdiyi mətbuat konfransında bəyan etdi ki, ekspertiza nəticəsində məlum oldu ki, martın 16-da elektrik enerji gücünün düşməsi həqiqətən də kanat yolunun dayanmasına səbəb oldu, ancaq kanat yolunun dayanmasından sonra, operator onu yanlış istiqamətdə çalışdırdı.
Qudauridə, kanat yolunda martın 16-da baş verən qəza nəticəsində 11 nəfər zərər gördü.