Dondurulmuş toyuq ətinin paketləşdirilməsi məcburi olacaq

Dondurulmuş toyuq ətinin paketləşdirilməsi məcburi olacaq, – bu dəyişiklik “Ət məhsullarının xüsusi higiena qaydaları haqqında” Gürcüstan hökümətinin qanunvericiliyinə daxil edildi.

Paketləşdirilmiş toyuq ətinin və budların üstündə qanunvericilik ilə müəyyən edilən etiket olmalıdır.

Dəyişiklik avqustun birindən qüvvəyə minəcək.