Donald Tusk və Jan Klod Yunker - Gürcüstanın demokratik institutlarının və inkluziv siyasi mühitin konsolidasiyası üçün Giorgi Qaxarianın liderliyi çox əhəmiyyətlidir
Avropa Şurasının prezidenti Donald Tusk və Avrokomisiyanın prezidenti Jan-Klod Yunker Giorgi Qaxariayı baş nazir vəzifəsinə seçilməsi ilə təbrik etdilər.
Təbrik məktubunda deyilir ki, Avropa Şurası və Avrokomisiya Gürcüstanın ərazi bütövlüyünün daim dəstəkçisidir və Gürcüstan iqtidarının, işğal xəttində yaşayan əhalinin qoşulmasına istiqamətləndirilən səylərini salamlayır.
“Gürcüstanın demokratik institutlarının və inkluziv siyasi mühitin konsolidasiyası üçün Giorgi Qaxarianın liderliyi çox əhəmiyyətlidir”, – deyilir təbrik mətnində.
Bu barədə məlumatı iqtidar administrasiyası yayır.