Donald Trampın Mamuka Baxtadzeyə məktubu - cənab baş nazir, Amerika xalqı adından sizi və gürcü xalqını Müstəqillik Gününü təbrik etmək istəyirəm
Donald Trampın Mamuka Baxtadzeyə məktubu - cənab baş nazir, Amerika xalqı adından sizi və gürcü xalqını Müstəqillik Gününü təbrik etmək istəyirəm

Amerika Birləşmiş Ştatlarının prezidenti Gürcüstan baş nazirini, Mamuka Baxtadzeni Müstəqillik Günü münasibətilə təbrik edir.

Ağ Evin liderinin Gürcüstan hökumət başçısına göndərdiyi məktubda ABŞ-Gürcüstan partnyorluğu və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi xüsusilə qeyd olunub.

“Cənab baş nazir, Amerika xalqı adından sizi və gürcü xalqını Müstəqillik Gününü təbrik etmək istəyirəm. Amerika və gürcü xalqı arasında dostluq, tam hüquqlu inkişafını davam etdirir. Çünki hər ikimiz üçün demokratiya, məhkəmə aliliyi, fundamental hüquqlar və azadlıq, dəyərlidir. Amerika Birləşmiş Ştatları Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini davam etdirir”, – Amerika Birləşmiş Ştatlarının prezidentinin təbrik məktubunda deyilir.

Məlumatı Gürcüstan hökumət administrasiyası yayır.