Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı

Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı.

Bu barədə Tramp dünən keçirilən mətbuat konfransında bəyan etdi.

“Artıq vaxtdır, Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanıyaq”, – Tramp qeyd etdi.

Qüdsün İsrailin paytaxtı kimi tanınması, Donald Tramp seçkiqabağı verdiyi vədlərdən biri idi.

Diplomatik missiyanın Qüdsdə yerləşdirilməsini Konqres  hələ 1995-ci ildə dəstəklədi, lakin bölgədəki çətin vəziyyətə görə, qərar hələ də yerinə yetirilməyib.

Qüdsün statusu İsrail və Fələstin arasında mübahisənin əsas mövzusudur.

İsrail Qüdsü öz paytaxtı kimi hesab edir. Fələstinlilər isə inanırlar ki, Qüds onların gələcək dövlətinin paytaxtıdır.

1993-cü il razılığı ilə, bu şəhərin statusu sülh danışıqları ilə müəyyənləşdirilməlidir.

Müsəlman ölkələrinin liderləri Vaşinqtonu, Qüdsün İsrail paytaxtı kimi tanınması təqdirində, mümkün destabilisizasiya haqqında xəbərdarlıq edirdilər.