Donald Tramp fırıldaqçılıq işi üzrə ikinci dəfə Nyu Yorkdakı Manhetten məhkəməsinə gedib
Donald Tramp fırıldaqçılıq işi üzrə ikinci dəfə Nyu Yorkdakı Manhetten məhkəməsinə gedib

Donald Tramp Nyu Yorkdakı Manhetten məhkəməsinə ikinci dəfə fırıldaqçılıq işinin müzakirəsi üçün gedib.

İş üzrə prokuror Letitsia Ceyms Trampı, onun iki yetkin oğlunu və başqalarını on il ərzində əlverişli bank kreditləri və sığorta şərtlərini təmin etmək üçün aktivlərin dəyərini şişirtməkdə ittiham edib.

Məhkəməyə daxil olmazdan əvvəl Donald Tramp bir daha bu iş üzrə hakim və prokuroru tənqid edərək, jurnalistlərə Letitsia Ceymsin saxta iş hazırladığına görə “kobud səriştəsiz” olduğunu söyləyib. “O, fırıldaqçıdır” deyə Tramp qeyd edib.

Trampın keçmiş mühasibi Donald Bender də dindirilir. “Reuters”in yazdığı kimi, Bender özünün günahsızlığını və guya Tramp və onun şirkətinin hətta öz mühasiblərinə də yalan danışdığını göstərməyə çalışır .

Nyu-Yorkun baş prokuroru 250 milyon dollar cərimə və Trampın öz ştatında biznes fəaliyyətinin qadağan edilməsini istəyir. Hakim keçən həftə Trampın sərvətini dəfələrlə təhrif edərək saxtakarlıq etdiyini açıqlayıb.