Donald Tramp bəyan edir ki, gey prezident namizədinə səs verərdi

ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, gey prezident namizədinə səs verərdi.

Bu barədə bəyanatı ABŞ prezidenti Fox-la müsahibə zamanı verdi.

Tramp bir gün Amerikalılar tərəfindən gey prezidentin seçiləcəyini istisna etmədi.

“Bu mənim düşüncəmdir. Başqa cür düşünənləri olanlar da var, ancaq mən gey prezidentə qarşı olanlardan olmayacam” – dedi Tramp.

Aiova ştatında keçirilən partiya daxili iclasda demokratik partiyanın seçiciləri Pit Butececi dəstəklədilər.

Butecec ilk gey prezident namizədidir.