Dnepropetrovskun yerli hakimiyyəti Rusiyanın şəhər istiqamətində 7 raket atdığına dair məlumat yayır
Dnepropetrovskun yerli hakimiyyəti Rusiyanın şəhər istiqamətində 7 raket atdığına dair məlumat yayır

 

Rusiya Dnepropetrovsk istiqamətində 7 raket atıb. Bu barədə Dnepropetrovskun yerli hakimiyyəti məlumat yayır.

Dnepropetrovskun bölgə administrasiyasının rəhbərinin yazdığı üzrə, ukraynalılar yeddi raketdən altısını neytrallaşdıra biliblər.

Dnipro şəhərində raket qalıqlarının düşməsi yanğınla nəticələnib. Nəticədə xəsarət alan olmayıb.

Daha bir raket Krivoy Roq və Dnipro arasında yerləşən yaşayış məntəqəsinə düşüb. Evlərə ziyan dəyib, xəsarət alan olmayıb.

Xatırladaq ki, dünən gecə və bu gün səhər Ukraynanın demək olar ki, bütün ərazisində hava hücumuna dair xəbərdarlıq siqnalı işə salınmışdı.